Xəzər Universiteti – Həyat Elmləri Departamenti
Vəzifə: Assistent
Əsas öhdəliklər:
• Departamentin gündəlik işlərinin təşkili və koordinasiyası.
• Departament fəaliyyətinə aid sənədləşdirmənin aparılması.
• Hesabatların, sənədlərin hazırlanması və idarə olunması.
• Tələbələr, müəllimlər və digər əməkdaşlarla əlaqələrin qurulması.
• Konfrans, seminar, təlim və digər tədbirlərin təşkilində iştirak.
• Laboratoriya və tədris resurslarının təşkilinə və idarə olunmasına dəstək.
• Bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsilalanların departamentlə koordinasiyalı işinin təşkili və nəzarəti.
• Digər kargüzarlıq işlərinin vaxtında və düzgün aparılmasını təmin etmək.
Tələb olunan bilik və bacarıqlar:
• Departament profilinə uyğun magistr elmi dərəcəsi, yüksək mənəvi və etik keyfiyyətlər.
• Akademik mühitdə işləmə bacarığı.
• Yaxşı təşkilati və kommunikasiya bacarıqları.
• Komanda işi, məsuliyyət və təşəbbüskarlıq.
• Azərbaycan və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarıqları.
• Ofis proqramlarında işləmə bacarığı.
• Universitetin etik qaydalarına riayət və etibarlılıq.
Müraciət:
CV və digər sənədlərinizi [email protected] ünvanına göndərin.
Qeyd: Əmək haqqı işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.