Xəzər Universiteti İqtisadiyyat və Biznes Yüksək Təhsil fakültəsinin koordinatoru vəzifəsinə vakansiya elan edir:

Tələb olunan bilik, bacarıq və vərdişlər:

 · Magistr dərəcəsi (iqtisadiyyat, biznes idarəetməsi və ya əlaqəli sahələr üzrə);

 · Ali təhsil müəssisəsində iş təcrübəsi arzuolunandır;

 · İngilis dilində şifahi və yazılı ünsiyyət bacarıqları;

 · Yüksək səviyyədə kommunikasiya və təşkilatçılıq bacarıqları;

 · MS Office proqramları üzrə sərbəst işləmə bacarığı;

 · Komanda daxilində işləmək bacarığı, məsuliyyətlilik və dəqiqlik;

 · Tədbirlərin (seminarlar, elmi müdafiənin təşkili və təlimlər) təşkili üzrə təcrübənin olması üstünlükdür.

 

Fakültənin koordinatoru aşağıdakı fəaliyyətləri həyata keçirir:

· Dekanlıq tərəfindən müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fakültənin gündəlik inzibati işlərinin əlaqələndirilməsi;

Reklam

 · Tələbələrin sənədləşmə proseslərinin izlənilməsi və müvafiq bölmələrlə əlaqələndirilməsi;

 · Fakültə daxilində keçirilən seminar, elmi müdafiə və təlimlərin təşkili işlərinin koordinasiyası;

 · Dekanlıq və müxtəlif bölmələr arasında məlumat mübadiləsinin təmin edilməsi;

 · Fəaliyyətə dair hesabatların hazırlanması;

 · Tədris prosesi ilə bağlı cari sənədləşmə və qeydiyyat işlərinin aparılması.

Müraciət üçün tələb olunan sənədlər

 · CV;

 · Müraciət məktubu.

Qeyd: Əmək haqqı namizədin kvalifikasiyasından asılı olaraq işə qəbul üzrə komissiya tərəfindən müəyyən edilir.

Maraqlanan namizədlər avqustun 25-nə qədər [email protected] elektron poçtuna tələb olunan sənədləri təqdim edə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.