Vakansiya: Əhmədli filialı Xəzinədar əməliyyatçı
Şirkət: “GL” ASC
GL ASC-də Əhmədli filialı üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir.
Tələblər:
Ali təhsil;
· Yaş həddi: 21-35
Kassir vəzifəsində minimum iş təcrübəsi 1 İL
Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilini bilməsi arzu olunandır;
Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmalı;
Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
Microsoft Office programları üzrə biliklərə malik olmalı;
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi
Əməliyyatların aparılmasında təfərrüata və dəqiqliyə diqqət etməli
İş barədə:
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin qəbul edilməsi;
Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin nəzarətdə saxlanılması və hesabatının aparılması;
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
Əmək haqqı:
Razılaşma yolu ilə
Müraciət qaydası:
Maraqlanan şəxslər CV-lərini “Əhmədli filialı Xəzinədar əməliyyatçı ” başlığı ilə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Qeyd: Göndərilən bütün CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.