Xəzinədar Vakansiyası

 

Tələblər:

· Orta ixtisas və ya ali təhsil;

· Rus dilini bilənlərə üstünlük veriləcək;

· Kassir və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi;

· 1C, POS-terminal və digər kassa proqramlarında işləmək bacarığı;

· Dürüstlük, məsuliyyət, dəqiqlik və diqqətlilik;

· Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;

· Komandada işləmək bacarığı.

 

Öhdəliklər:

Kassa və maliyyə əməliyyatları:

· Nağd və qeyri-nağd ödənişlərin (POS-terminal, nağd pul, bank köçürməsi və s.) qəbulu və düzgün uçotunun aparılması;

· Mədaxil və məxaric orderlərinin tərtibi və məlumat bazasına əlavə olunması;

· Günlük kassa qalığının və hesabatların düzgünlüyünün yoxlanılması, nəticələrin mühasibatlığa təqdim edilməsi;

· Kassada olan pul və qiymətli kağızların qorunması qaydalarına riayət edilməsi;

 

Sənədləşmə və hesabatlılıq:

· Qaimə, təhvil-təslim aktlarının və sığorta blanklarının arxivləşdirilməsi və uçotunun aparılması;

· Kassa aparatının fasiləsiz fəaliyyətinə nəzarət və texniki xidmətə vaxtında məlumat verilməsi;

· Əskinaz yoxlayan və hesablayan cihazlardan düzgün istifadə, saxta əskinazların vaxtında aşkarlanması;

 

Müştəri xidməti və kampaniyalar:

· Müştəri ödənişlərinin qəbulu və təsdiq sənədlərinin təqdim olunması;

· “Radius+” loyallıq proqramı çərçivəsində kartların verilməsi;

· Müştəri məlumatlarının və əməliyyatlarının məxfiliyinə ciddi riayət olunması;

· Kommersiya sirrinin qorunması.

 

İş şəraiti:

· İş qrafiki: növbəli;

· İş rejimi: Həftənin 6 günü; istirahet günü həftə içi;

· İş yeri: Babək pr., M.H.Kazımov küç., 8;

· Əmək haqqı: 600 AZN;

· Əmək münasibətləri: rəsmi əmək müqaviləsi əsasında;

· Nahar şirkət tərəfindən qarşılanır;;

· Şirkət: Radius Təkər Mərkəzi.

 

"Müraciət qaydası: 

Maraqlanan namizədlər CV-ni “Xəzinədar” yazmaq tələb olunur. Yalnız seçilm” mövzusu ilə [email protected] ünvanına göndərə bilərlər."

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.