Azərbaycan Supermarket MMC "Xəzinədarlıq əməliyyatları üzrə kiçik mühasib" vakansiyasını elan edir
İş öhdəlikləri:
· Yerli ödənişlərin daxil edilməsi (Əsas məbləğ)
· Yerli ödənişlərin daxil edilməsi (ƏDV məbləği)
· Xarici ödənişlərin daxil edilməsi
· Qəbzlərin daxil edilməsi və bölgüsü
· Nağd pul tələblərinin daxil edilməsi və nəzarət
· Ödənişləri həyata keçirilməsi və onlarla bağlı problemlərin həll olunması.
· Çeklərin yazılması
· İnternet bankçılıqdan SWIFT-lərin yüklənməsi
· Ödənişlərin ehtiyat sənədlərinin COINS sisteminə əlavə edilməsi
· Ödənişlərin uyğunlaşdırılması (COINS/Banka)
· Birbaşa rəhbər tərəfindən tapşırılan digər müvafiq vəzifələr
Vəzifə tələbləri:
· Maliyyə,Mühasibatlıq və ya digər əlaqəli sahədə bakalavr dərəcəsi;
· Maliyyə sahəsində və/və ya oxşar vəzifədə minimum 1 il iş təcrübəsi
· Xəzinədarlıq və ya Mühasibatlıq komandasında təcrübə
· Pərakəndə satış sahəsində təcrübə üstünlükdür
· Azərbaycan və İngilis dillərində əla şifahi və yazılı ünsiyyət bacarıqları; Rus dili üstünlükdür
· Microsoft Office proqramlarını peşəkar səviyyədə istifadə bacarığı
· COINS və GOLD proqramlarından istifadə üstünlükdür
· Müstəqil və komanda mühitində işləmə bacarığı
· Xarici əlaqələrlə ünsiyyət qurmaq və münasibətləri idarə etmək bacarığı
· Analitik düşüncə bacarıqları – tələb olunan həlləri müəyyən etmək və dəqiqləşdirmək qabiliyyəti
· Nəticəyönümlü və detallara diqqət göstərən
· Bütün iş tapşırıqlarında keyfiyyət və etibarlılığa sadiqlik
Maraqlanan namizədlər [email protected]m email ünvanına “Xəzinədarlıq əməliyyatları üzrə kiçik mühasib” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.