İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil (Maliyyə və iqtisad sahəsi üzrə);
Bank sektorunda müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
Azərbaycan dili - mükəmməl, ingilis və rus dili - yaxşı səviyyədə bilmək;
MS Office proqramlarında işləmək bacarığı, Excel yüksək səviyyədə bilmək;
Xarici fondlarla iş təcrübəsi;
Qeyri-standart şəraitdə çevik və dəqiq reaksiya vermə qabiliyyəti;
Ciddi nəzarət etmək qabiliyyəti.
İŞİN TƏSVİRİ:
Filiallara valyuta satış və filiallardan valyuta alış məzənnələrini müəyyənləşdirərək daxil olan sifarışləri icra etmək;
Bağlanılmış əqdlərin reystrinin aparılmasını tamin etmək;
Günün sonunda açıq olan filiallar arası hesablaşmalar hesabını bağlamaq;
Lazımi hesabatların hazırlanıb uçot və hesabat şöbəsinə verilməsini təmin etmək;
İnvestisiya qərarlarının alınması məqsədi ilə bankın maliyyə fəaliyyəti ilə bağlı informasiyanı təhlil etmək;
Daha əlverlişli vaxtda və şərtlərdə investisiyanın həyata keçirilməsi üçün investisiya risklərində və iqtisadi hadisələrdəki tendensiyanın müəyyənləşdirilməsi məqsədi ilə maliyyə alətlərinin qiymətləri haqqında informasiyanı təhlil etmək;
Alqı-satqı əməliyyatlarının və investisiyanın həyata keçirilməsi vaxtı ilə bağlı tövsiyyələr vermək;
Gələcəkdəki gəlir və xərclərin hesablanması məqsədi ilə bankın fəaliyyəti ilə bağlı maliyyə informasiyasının sistematik təhlilini həyata keçirmək;
Bankın fəaliyyətinin riyazi-statistik diaqram və qrafiklərlə təsvirini əhatə edən maliyyə hesabatlarını tərtib etmək;
Maliyyə bazarlarının vəziyyətini təhlil etmək və qiymətləndirmək;
İqtisadiyyatın müxtəlif sahələrindəki mühüm hadisələri və müasir tendensiyaları, iqtisadiyyat, maliyyə və qiymətli kağızlar bazarındakı yeni elmi araşdırmaları yaxından izləməlidir.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Xəzinədarlıq üzrə baş mütəxəssis/bölmə rəhbəri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.