Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təkmilləşdirilməsi şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri:
Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əməkhaqqı:
Rəqabətədavamlı əməkhaqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
· Ali təhsil (tibb, ictimai səhiyyə, səhiyyə menecmenti və s.)
· Sahə üzrə 3 il iş təcrübəsi
· Tibbi xidmətin təşkilinin əsasları
· İctimai səhiyyənin əsasları
· MS Office (word, excel, power point, visio) proqramlarında işləmək bacarığı - yaxşı səviyyədə
· Dil bilikləri: İngilis dili - yaxşı səviyyədə
· İctimai səhiyyə, layihələrin idarəolunması və data analitikası üzrə sertifikatların olması arzuolunandır
Bacarıqlara dair tələblər:
· Komanda işi;
· Nəticəyönümlülük;
· Məsuliyyətlilik;
· Analitik düşüncə;
İşin təsviri
· İlkin səhiyyə xidmətlərinin təşkili üzrə proseslərin təhlili
· Tibbi xidmətlərin təkmilləşdirilməsi istiqamətində yeni layihə və təkliflərin hazırlanması
· İlkin səhiyyə xidmətləri üzrə normativ hüquqi bazanın araşdırılması və tətbiqi
· İlkin səhiyyə xidmətlərində dəyişikliklərin təsirinin qiymətləndirilməsi və təkliflərin formalaşdırılması
· Aylıq və illik hesabatların hazırlanması
Əlavə qeydlər:
• İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi
• İş vaxtı seçim əsasında: 08:00 – 17:00; 09:00 – 18:00; 10:00-19:00
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
· CV [email protected] ünvanına göndərilməlidir
· Mövzu sətrində “Xidmətlərin təkmilləşdirilməsi şöbəsi – aparıcı məsləhətçi” qeyd olunmalıdır
· CV-lər 30 dekabr, 2025-ci il tarixinə qədər göndərilməlidir
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.