Mədəni İrsimizi rəqəmsallaşdırmağa hazırsan?
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının və Etnoqrafik Təqdiqatlara Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə “Yaradıcı İRS Akademiyası” layihəsinə müraciətlərin qəbuluna rəsmi olaraq start veririk!
SMM, Qrafik Dizayn və ya Marketinq sahəsində olan gənclər — bu layihə tam sizin üçündür!
Azərbaycanın zəngin mədəni irsini, unikal memarlığını və milli naxışlarını müasir rəqəmsal sənayelər və yeni texnologiyaların dili ilə brendləşdirmək şansını qaçırma!
Sizi nə gözləyir?
“Yaradıcı Agentlik” Modeli: SMM, Dizayner və Marketoloqlardan ibarət xüsusi komandalarda real iş təcrübəsi
İntensiv Təlimlər: Qrafik Dizayn, SMM, Marketinq və Rəqəmsal Texnologiyalar üzrə praktik biliklər
Zəngin Portfolio: Real mədəni keysləri üzərində işləyərək hazır brend paketləri yaratmaq şansı
Pitching Day: Hazırlanmış brendlərin ekspertlər və agentlik rəhbərləri qarşısında təqdimatı
Rəsmi Sertifikat və işlərin rəsmi təbliğat materialı kimi istifadə olunması
Son müraciət: 25 Oktyabr, saat 23:00
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/cx1P5bkaEpSG4HNt8