“Yaşıl Həyat Səfirləri” layihəsinə qeydiyyat başladı!
Gənclərin ekoloji biliklərinin artırılması, təbiətin qorunması ilə bağlı məsuliyyət hissinin gücləndirilməsi və sağlam həyat tərzinin təşviqi məqsədilə “Yaşıl Həyat Səfirləri: İlisu–Sarıbaş Ekoloji Təlim və Düşərgə Proqramı” layihəsinə qeydiyyat elan olunur.
Məkan: Qax rayonu, İlisu və Sarıbaş kəndləri
Tarix: 7–9 noyabr 2026-cı il
İştirakçılar: Qax və ətraf rayonlardan 18–29 yaş arası gənclər
Proqram çərçivəsində ekoloji maarifləndirmə təlimləri, təbiət yürüşləri, komanda fəaliyyətləri və ekoloji təşəbbüslər həyata keçiriləcək.
İştirak üçün vacib şərtlər:
Proqramın hər üç günündə iştirak etmək;
İlisu kəndinə gediş-gəlişi müstəqil şəkildə təmin etmək.
Təbiəti qorumağa, yeni biliklər qazanmağa və ekoloji təşəbbüslərin bir hissəsi olmağa hazırsınızsa, qeydiyyatdan keçin!
Qeydiyyatla bağlı əlaqə nömrəsi +994775820050
Qeydiyyat linki:
Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.