“Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” adlı layihəsi çərçivəsində Qarabağ regionu üzrə tədqiqatlar aparılıb.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci ildə “Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi, mina və itkinlər problem” mövzusu üzrə elan etdiyi qrant müsabiqəsində qalib olan “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birlik, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tərəfdaşlığı ilə “Yaşıl şəbəkə: Elmi İnnovasiya platforması” adlı layihəni icra etməyə başlayıb. 

25-26 sentyabr 2025-ci il tarixlərində, Xankəndi və Şuşa şəhərlərində layihənin fəaliyyət istiqamətinə uyğun olaraq “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası,  Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi şəxsin Həmkarlar İttifaqının tərəfdaşlığı ilə  sentyabr ayı ərzində bir sıra qurumlarda elmi-tədqiqatlar aparmışdır.  Layihə çərçivəsində dərc ediləcək “Yaşıl innovativ biliklərin xəritələşdirilməsi: Problemlər və perspektivlər” adlı nəşr üçün Qarabağ regionun    zəngin təbiəti və təbii ehtiyatlarına dair  toplanılan elmi- tədqiqatların nəticələrinə dair  məqalələr  hazırlanıb. Səfər zamanı,  ilk öncə Qarabağ Universiteti rəhbərliyi ilə görüş keçirildi. Layihə ilə bağlı geniş təqdimat edilib.  

Daha sonra ADSEA-nın Qarabağ Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Müşviq Adıgözəlovun  rəhbərliyi ilə  Xankəndi şəhər 1 nömrəli Sutəmizləyici Qurğular Kompleksində  Ballıca və Xəlfəli  su mənbələrindən gələn çay suları ilə bağlı  layihənin təşkilat komitəsinə önəmli  məlumatlar qeyd edilib. . Eyni zamanda Xankəndi şəhər 1 nömrəli Sutəmizləyici Qurğular Kompleksi və Qarabağ Universitetinə geniş infotur da təşkil olunmuşdur. 

 Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin Həmkarlar İttifaqının rəhbərliyi Şükür Bayramlının müşayiəti ilə birgə AƏSMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, layihənin rəhbəri Xəyalə Məmmədova və AƏSMA-nın mütəxəssisi, layihənin eksperti Pərvanə Xıdırova tərəfindən Xankəndi, Şuşa şəhərlərinin flora və faunası, təbii ehtiyatlarında geniş tədqiqat işləri aparılıb 

Qeyd edək ki, 44 günlük Zəfər yürüşünün başlamasının 5-ci ildönümü ilə əlaqədar olaraq,  Anım Günündə şəhidlərimizin müqəddəs xatirələrini  işğaldan azad edilmiş torpaqlarımızda  ehtiramla yad etdik.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.