Gənclər, 

Aranızda, dost-tanışlarınız içərisində öz gələcəyini marketinq sektorunda görmək istəyənlər varsa, bu paylaşımı onlara göndərin! 

Təcrübə əldə etmək, öyrənmək və uğurlu olarlarsa, işlə təmin olunmaq fürsəti var!

 

KOPİRAYTER

Öz fantaziyasına, yaradıcılıq gücünə inananlar, SÖZ anlayıb, SÖZ anladanlar bu linkə daxil olsunlar. Qalanı onsuz da onlarlıqdır!

Müraciət et

 

MÜŞTƏRİLƏRLƏ İŞ ÜZRƏ MENECER: 

İnsanlarla ünsiyyəti sevənlər, "satış və müştəri münasibətləri mənlikdir!" deyənlər, gələcəkdə uğurlu Marketinq Direktoru və ya Brend Menecerliyinə iddia edənlər, bu link elə sizin üçündür!

Müraciət et

 

DİZAYNER: 

Yaradıcılığının həddi-hüdudu olmayanlar, dizayn işində süni intellektə qalib gəlməyə iddialı olanlar, dizaynın hər zaman insana ehtiyacı olduğuna inananlar və ən əsası zövqü və məsuliyyəti olanlar, burda özünüzü tapa bilərsiniz:

Müraciət et

 

REELSMAKER: 

Hər anı bir reklam kimi görə bilirsənsə, gözündən heç bir kadr qaçmırsa, sənin üçün alət yox, ideya önəmlidirsə, üzərində PLAY düyməsi olan istənilən qurğuda nəsə yaratmağa qadirsənsə, onda bu link sənin üçündür!

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.