Əziz yeniyetmə və gənclər!

Bakı Gənclər Mərkəzi yeniyetmə və gənclər üçün “Career School” layihəsinə start verir!

Karyera məsləhətçisinə ehtiyac duyan gəncləri 1 aylıq onlayn Career School-da iştirak etməyə dəvət edirik. Dərslər “Karyera Məsləhətçilərinin Peşəkar İnkişaf Kursu” layihəsinin məzunu Könül Osmanova tərəfindən tədris ediləcək.

Əgər siz də peşə seçimi və karyera planlaşdırılması ilə bağlı yaşadığınız problemi bölüşüb həll yolu tapmaq istəyirsinizsə, qeydiyyat formasını doldurub təqdim etməniz kifayətdir. Biz sizinlə əlaqə saxlayacağıq.

1 ay davam edəcək Career School aşağıdakı fəaliyyətləri əhatə edəcək:

İxtisas seçimi üçün psixoloji dəstək

Maraqlar xəritəsi

Məqsədlər, qərar vermə

Müasir əmək bazarı və tələblər

Resume, müsahibə

Ünsiyyət bacarıqları özünü təqdimetmə

Tənqidi təfəkkür

Vebinarlar həfətədə 2 dəfə üçün nəzərdə tutulub.

Son qeydiyyat tarixi: 01.06.2021

Başlama tarixi: 02.06.2021

Əlaqə: +994993044594

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.