TƏBİB Tibbi xidmətlərin inkişafı departamentinin Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinə məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
Ali tibbi təhsil (ictimai səhiyyə və ya kliniki ixtisaslar üzrə);
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Kompüter bilikləri: Microsoft Office – sərbəst işləmək bacarığı;
Dil bilikləri: İngilis dili, türk dili: yaxşı (arzuolunandır);
İnfeksion nəzarət sistemi üzrə beynəlxalq və ya yerli sertifikatların olması arzuolunandır.
Bacarıqlara dair tələblər:
Komandada işləmə bacarığı;
Məsuliyyətlilik;
İntizamlılıq;
Nəticəyönümlülük;
Stressə davamlılıq;
Təşəbbüskarlıq.
İşin təsviri:
Daxil olan müraciətlərin araşdırılması və müvafiq cavabların hazırlanması;
Tibb müəssisələrindən statistik məlumatların toplanılması və hesabatların hazırlanması;
Səhiyyə xidməti ilə əlaqəli epidemioloji nəzarət sisteminin təşkil edilməsi;
Tibb müəssisələrinin sanitar-epidemioloji norma və qaydalara uyğunluğunun qiymətləndirilməsi;
Struktur bölmələr və tabeli qurumlardan zəruri məlumatların alınması;
Təlimat, qayda və prosedur sənədlərinin hazırlanmasında iştirak.
Əlavə qeydlər:
İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
CV [email protected] ünvanına göndərilməlidir;
Mövzu sətrində “Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsi - məsləhətçi” qeyd olunmalıdır;
CV-lər 15 sentyabr, 2025-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.