“Yup Technology" MMC-də Xanım Tələbələr üçün Proqramlaşdırma üzrə Təcrübə Proqramı!

 

Haqqımızda: “Yup Technology” MMC beynəlxalq layihələr üzərində çalışan proqram təminatı şirkətidir. Komandamız gənc xanım proqramçıların karyera inkişafına dəstək olmaq məqsədilə Front-end və Back-end proqramlaşdırma sahələri üzrə ödənişsiz təcrübə proqramı elan edir.

 

Vakansiya Sahələri:

Front-end Development

Back-end Development

 

Namizədə olan ümumi tələblər:

Təhsil: Ali təhsil ocaqlarında Bakalavr və ya Magistratura səviyyəsində təhsil alan xanım tələbələr.

Yaş həddi: 20-25 yaş.

Dil bilikləri: Azərbaycan dili (Səlis).

Texniki maraq: Sahəyə yüksək həvəs və öyrənməyə açıq olmaq.

Texniki İstiqamətlər (Arzuolunandır, lakin məcburi deyil):

Front-end üzrə: HTML, CSS, JavaScript (React və ya Vue.js baza bilikləri).

Back-end üzrə: PHP və ya Node.js, MySQL baza bilikləri.

 

Proqramın Strukturu (2 İstiqamətli):

Təlim + Təcrübə: Əgər sadəcə marağınız və ilkin anlayışınız varsa, ilk 2-3 ay istiqamətləndirici təlimlər keçiriləcək, ardınca 3 aylıq real təcrübə proqramı başlayacaq.

Birbaşa Təcrübə: Əgər baza bilikləriniz yaxşıdırsa və kiçik dəstəklə kod yaza bilirsinizsə, qısa yoxlanışdan sonra birbaşa 3 aylıq təcrübəyə başlayacaqsınız.

 

Sizə nə vəd edirik?

Beynəlxalq layihələrdə real iştirak təcrübəsi.

Peşəkar mentor dəstəyi.

 

Gələcək karyeranız və CV-niz üçün əhəmiyyətli portfel (portfolio).

Rəsmi müqavilə əsasında fəaliyyət.

Sərbəst və ya növbəli iş qrafiki (Dərslərinizə uyğunlaşdırıla bilər: 10:00-14:00 və ya 15:00-19:00).

 

Qeyd: Proqram tamamilə ödənişsizdir (Könüllülük əsasında).

 

Müraciət qaydası: CV-nizi mövzu hissəsində müvafiq sahəni (məsələn: "Təcrübəçi - Front-end") qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

 

Əlaqə: Mobil: (050) 710-08-07 

Web: www.yuptechnology.com

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.