“Zəfər tariximiz, Qayıdış gələcəyimizdir” Məktəblilər arasında esse müsabiqəsi elan edilir!
8 Noyabr – Zəfər Günü münasibətilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Zəfər tariximiz, Qayıdış gələcəyimizdir” mövzusunda elektron esse müsabiqəsi keçirilir. 🇦🇿
Müsabiqənin məqsədi tarixi Qələbəmizin və Böyük Qayıdışın keçmiş məcburi köçkün məktəblilərin düşüncəsində və baxışlarında necə əks olunduğunu işıqlandırmaqdır.
Müsabiqə şərtləri:
• İştirakçılar: Müsabiqədə ümumi təhsil müəssisələrinin yalnız məcburi köçkün statusuna malik məktəbliləri sərbəst şəkildə iştirak edə bilərlər.
• Dil: Azərbaycan dili.
• Tələb olunan sənədlər: Esse mətninə iştirakçının ad, soyad, ata adı və FİN kodu əlavə olunmalıdır.
• Təqdimetmə forması: Müsabiqə materialları yalnız elektron qaydada Komitənin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmi elektron poçt ünvanına ([email protected]) göndərilməlidir. Elektron məktubun mövzu (Subject) hissəsində mütləq “ESSE” sözü qeyd olunmalıdır.
Müsabiqə təqvimi və qiymətləndirmə:
• Qəbul tarixləri: 6 noyabr – 16 noyabr 2026-cı il saat 23:59-dək.
• Qiymətləndirmə: Daxil olan yazılar müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcəkdir.
Mükafatlandırma:
Qalib gələn şagirdlər məktəbli ehtiyaclarına uyğun dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar. Təltifetmə mərasimi Komitənin inzibati binasında təşkil olunacaq təntənəli tədbirdə keçiriləcəkdir.
Bütün məktəblilərimizə uğurlar arzulayırıq!