Texniki şöbəyə “Texniki əməliyyatlar üzrə köməkçi” axtarışındayıq!
 



Vəzifə öhdəlikləri:



Təsdiqlənmiş planlar əsasında işin təşkilini təmin etmək;
Tabeliyində olan texniki heyətin gündəlik işini planlaşdırmaq və nəzarət etmək;
Mexanik sistemlərdə və avadanlıqlarda texniki xidmətin aparılması və daima saz vəziyyətdə saxlanılmasını təmin etmək;
Elektrik stansiyalarında avadanlıqların və boru kəmərlərinin quraşdırılması və mexaniki istismarına nəzarət etmək;
Təbii qaz sistemlərinin, isitmə sistemlərinin, ventilyasiya sistemlərini, Ciller - fankoyl sistemlərinin quraşdırılması və istismarı;
Qazanxana qurğularından və Qaz turbin qurğularından atmosferə atılan zərərli tullantılarının təyini;
Qazanxana, su arıtma və havalandırma sistemlərində dövri yoxlamaların aparılmasını təmin etmək;
Qazanxana, su arıtma və havalandırma sistemlərində planlı və profilaktik dövri təmir işlərinin həyata keçirilməsi;
Həyata keçirilən texniki qulluq xidmətinin təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək;
Nasazlıqlar və ya da dayanma halında dərhal müdaxilə etmək və bu müddəti mümkün qədər qısaltmaq;
Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
Təmir işlərinin sənədləşdirilməsini təmin etmək;
Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər vermək;
Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.



Namizəd üçün tələblər:



Mexanika mühəndisliyi üzrə bakalavr təhsili;
Mexanik, elektrik, santexnika və istilik və havalandırma sistemləri üzrə qabaqcıl biliklər;
Sistem sxemlərini oxuma bacarığı;
Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
Yaxşı ünsiyyət və təlim bacarıqları;
MS Office proqramlarından istifadə bacarığı;
Hesabat hazırlama və analiz etmə bacarığı.



İş şəraiti:


İş yeri: Bakı şəhəri, Azure Biznes Mərkəzi
6 günlük iş rejimi (bazar ertəsi – şənbə) 
İş vaxtı: 09:00 – 18:00, şənbə günləri növbəli iş qrafiki
Əmək haqqı: 1000 AZN 
Digər məlumatlar:

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Texniki əməliyyatlar üzrə köməkçi” qeyd etməklə [email protected] elekton poçt ünvanına göndərmələri xahiş olunur.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.