Middle Backend developer vəzifəsi üzrə vakansiyanı elan edirik. 



Vəzifə öhdəlikləri:



·       Biznes tələbləri əsasında proqram təminatının arxitekturasının müəyyən edilməsi;
·       Proqram təminatının məlumat modeli və detallı arxitekturasının müəyyən edilməsi;
·       Layihələrdə müəyyən edilmiş standart və proseslərə uyğunlaşmaq;
·       Proqram təminatının hazırlanması və düzəlişlərin edilməsi;
·       Proqram təminatında yaranan xətaların aradan qaldırılması;
·       Proqram təminatı ilə əlaqəli sorğuların cavablandırılması;
·       Proqram təminatının inkişafının və prosseslərinin optimallaşdırılmasının təmin edilməsi;
·       Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması və s.



Əsas tələblər:



·       Ali texniki təhsil (informasiya texnologiyaları, informasiya sistemləri, kompüter elmləri, avtomatlaşdırılmış sistemlər və riyaziyyat sahəsində);
·       Proqramçı vəzifəsində ən azı 2 il iş təcrübə;
·       İngilis və Rus dili – yaxşı səviyyədə;
·       Alqoritmləşdirmə bacarığı, SOLID prinsipləri, Design Patterns, Clean code;
·       Proqramlaşdırma dilləri: Java;
·       Verilənlər Bazasının İdarəetmə Sistemləri(VBİS): Oracle, PostgreSQL;
·       Application Serverlər: Apache Tomcat;
·       Texnologiyalar: J2EE, SpringBoot, MyBatis, Microservis arxitekturası, Docker, Liquibase, Lombok, HTML, Java Script, PL/SQL, ELK, JUnit, Git, Maven;
·       Mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı;
·       Proqram təminatının biznes məntiqlərinin texniki sənədlərini hazırlama bacarığı;
·       Təhlil və problem həll etmə bacarıqları;
·       Nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, komandada işləmək bacarıqları.

Tələblərə cavab verən namizədlərdən CV formasını e-mail vasitəsilə mövzu yerinə “Middle Backend developer” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.