132 MƏKTƏBDƏ VAKANT YER ÜZRƏ YENİDƏN MÜRACİƏT QƏBULU ELAN OLUNUR!

İcma əsaslı məktəbəqədər təhsil qrupları üzrə əvvəlki seçim mərhələsində uyğun namizəd müəyyən edilməyən 132 məktəbdə müəllim (tərbiyəçi) vakant yerlər yenidən vakansiyaya çıxarılır.

Bu ildən etibarən müraciətlər yalnız elektron platforma vasitəsilə qəbul edilir.

Müraciət qaydası:

 İşə qəbul portalına daxil olun;

 Şəxsi kabinet yaradın;

 Tələb olunan məlumatları sistemə daxil edin;

 Uyğun vakansiyanı seçərək müraciətinizi tamamlayın.

 Şəxsi kabinetin yaradılması və müraciət prosesi ilə bağlı hazırlanmış təlimat videosunu müraciətdən əvvəl izləməyiniz tövsiyə olunur.

Seçim zamanı üstünlük veriləcək namizədlər:

 Məktəbəqədər təhsil, ibtidai təhsil, pedaqogika, psixologiya və digər uyğun ixtisaslar üzrə ali və ya orta ixtisas təhsili olanlar;

 Məktəbəqədər yaşlı uşaqlarla iş təcrübəsinə malik olanlar;

 Vakansiya elan olunan yaşayış məntəqəsində və ya həmin icmada yaşayanlar;

 Ünsiyyət, təşkilatçılıq və komandada işləmək bacarıqları yüksək olanlar.

 Müraciət zamanı bütün məlumatların düzgün və tam daxil edilməsi vacibdir. Yanlış və ya natamam məlumat təqdim edilməsi müraciətin etibarsız hesab olunmasına səbəb ola bilər.

 Müraciət: https://vakansiya.ilk5il.az

 Təlimat videosu: https://youtu.be/aq5DUIYCXXs

 Son müraciət tarixi:  18 sentyabr 2026

İcma əsaslı məktəbəqədər təhsil komandasına siz də qoşulun!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.