Gənclərin inkişafına, məşğulluğuna və müstəqil həyata hazırlanmasına töhfə vermək istəyirsiniz?

 

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Gənclərin İnkişafı üzrə Məsləhətçi / YouthCan! Layihə Koordinatoru (National Youth Development Advisor / YouthCan! Project Coordinator) vəzifəsinə vakansiya elan edir.

 

 İş yeri: Bakı SOS Milli Ofisi, Nizami küçəsi 137

 İş rejimi: Tam iş günü, Bazar ertəsi – Cümə, 09:00–18:00

 Təhsil: Sosial elmlər, psixologiya və/və ya pedaqogika sahəsində ali təhsil

 Təcrübə: Sosial rifah, uşaq və gənclərlə iş və ya gənclərin inkişafı layihələrində minimum 3 il

 Dil biliyi: İngilis dilində yaxşı yazılı və şifahi ünsiyyət bacarığı

 Əmək haqqı: 1300 AZN (vergilər daxil)

 Son müraciət tarixi: 30 sentyabr 2026

 

Vəzifənin əsas məqsədi gənclərin inkişafı üzrə milli strategiyanın hazırlanması və icrasına dəstək göstərmək, gənclərin proqramlarda iştirakını gücləndirmək, onların məşğulluq və sahibkarlıq imkanlarının artırılmasına töhfə verməkdir.

 

 Uyğun namizədlər motivasiya məktubu və CV-lərini “National Youth Development Advisor” mövzu başlığı ilə [email protected]  ünvanına göndərə bilərlər.

 

Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə növbəti mərhələ üçün əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.