Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Bakıda yerləşən filiallarımıza Fiziki şəxslərə xidmət üzrə Mütəxəssis / Aparıcı mütəxəsssis / Baş mütəxəssis vakansiyalarını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.  

Struktur: Pərakəndə məhsulların satışı
Vəzifə: Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial müdiri və ya menecer

Vəzifə öhdəlikləri:

  • Bankın təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit məhsulları üzrə xidmətin təşkili;
  • Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişləri baxılması üçün müvafiq komitələrə təqdim edilməsi;
  • Xidmət zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edilməsi;
  • Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
  • Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
  • Keyfiyyətli kredit portfeli formalaşdırılması və portfelin idarə edilməsi;
  • Ümumi fəaliyyətə dair hesabatların hazırlanması;
  • Verilmiş kreditlərin monitorinqinin aparılması.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı; 
  • Yüksək kommunikasiya bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşüncə tərzi;
  • Stressə davamlılıq;
  • Yüksək qavrama, çevik öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Müştəri yönümlülük;
  • İpoteka kreditləri üzrə biliklər arzu olunandır.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Universal” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.