Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İT əməliyyatları departamenti, Texniki dəstək qrupu, Kiçik mütəxəssis (Helpdesk)” vakansiyasını elan edirik.

Struktur: İT əməliyyatları departamenti, Texniki dəstək qrupu
Vəzifə: Kiçik mütəxəssis (Helpdesk)
Bilavasitə tabeçiliyi: Qrup rəhbəri və/və ya departament rəhbəri

Vəzifə öhdəlikləri:

  • Proqram və avadanlıqların istifadəsi ilə bağlı istifadəçilərə dəstək verilməsi
  • Proqram təminatı və aparat problemlərinin diaqnostikası və həlli
  • İstifadəçilərə şəbəkə əlaqələri və internetə çıxışla bağlı problemləri həll etməyə kömək edilməsi
  • Kompyuterlərin, printerlərin və digər ofis avadanlıqlarının quraşdırılması və konfiqurasiyası

Tələblər:

  • Əməliyyat sistemləri haqqında əsas biliklər
  • Şəbəkənin işləmə prinsiplərini başa düşmək (Wi-Fi, LAN)
  • Ofis proqramları ilə işləmək bacarığı
  • Avadanlıqlarla işləməyin əsaslarını başa düşmək (kompüterlər, printerlər, mobil cihazlar)

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  • Tibbi sığorta proqramına qoşulma
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv

Siz elektron poçtun “mövzu” yerinə “Helpdesk” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.