1C Operator vakansiyası
Vəzifə öhdəlikləri
- 1C 8.3 proqramında gündəlik əməliyyatların (alış, satış, anbar, iadə) düzgün və vaxtında aparılması
- Məhsul və müştəri məlumatlarının 1C sisteminə daxil edilməsi və yenilənməsi
- Anbar qalığının izlənilməsi və sistem üzrə nəzarət
- Qaimə, hesab-faktura, təhvil-təslim aktlarının hazırlanması
- Gündəlik, aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Kassa, bank və ödəniş əməliyyatlarının 1C-də qeydiyyatı
- Sənədlərin düzgün arxivləşdirilməsi
- Mühasibatlıq və satış şöbəsi ilə koordinasiyalı işləmək
- Sistem üzrə yaranan uyğunsuzluqların vaxtında müəyyən edilməsi və bildirilməsi
Tələblər
- Ali və ya orta ixtisas təhsili (mühasibatlıq, maliyyə, iqtisadiyyat üstünlükdür)
- 1C proqramı ilə minimum 1 il iş təcrübəsi
- Azərbaycan dili səlis, rus dili arzuolunandır
- MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək
Şəxsi keyfiyyətlər
- Diqqətli, məsuliyyətli
- Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı
- Komanda ilə işləmə və ünsiyyət qabiliyyəti
- Vaxtın düzgün idarə olunması
- Yeni bilik və bacarıqları öyrənməyə açıqlıq
- Dürüstlük və etibarlılıq
İş şəraiti:
- AR qaydalarına uyğun rəsmi sənədləşmə
- Əmək haqqı – 600-800 AZN (təcrübəyə əsasən dəyişir)
- İş günləri: Bazar ertəsi 9:00-18:00, Şənbə 9:00-13:00
- Rahat ofis mühiti, mehriban kollektiv, peşəkar inkişaf və dəstək
Müraciət etmək üçün CV-nizi [email protected] e-mail ünvanına “1C Operator” başlığı ilə göndərə bilərsiniz.