Təlimçi heyətimizin genişləndirilməsi məqsədilə komandamıza təcrübəli və ixtisaslı təlimçilərin cəlb edilməsi nəzərdə tutulur.
Hazırda aşağıdakı istiqamətlər üzrə təlimçilərə ehtiyac vardır:
Kran operatoru (mobil, qülləli, körpülü, portal);
Kranın texniki sazlığına və istismarına cavabdeh şəxs;
Takelaj və yükqaldırma;
İlməkçi və siqnalçı;
Yükqaldırma əməliyyatlarına cavabdeh şəxs;
Qazma qurğusu operatoru;
Qazmaçı;
Qazma quyusuna nəzarət üzrə mütəxəssis;
Qaynaqçı;
Təmirçi-çilingər;
Elektrik montyoru;
Səlahiyyətli qaz yoxlayıcısı.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərsinlər.
Qeyd olunan sahələrlə yanaşı, digər ixtisaslar üzrə təlimlərin keçirilməsi məqsədilə də müraciətlər qəbul edilir.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.