İnformasiyalaşdırma və texnoloji təminat departamenti, Məlumat bazalarının yaradılması şöbəsində baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edilir.

 

Qulluq funksiyaları:

İnformasiyalaşdırma və texnoloji təminat departamentinə təqdim olunmuş adlı siyahılar əsasında kompüter fayllarının yaradılması və yoxlanılması;

Rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi;

İmtahan materiallarının imtahandan əvvəl komplektləşdirilməsinin təşkili və həyata keçirilməsi.

 

Tələblər:

Ali təhsil: Texniki ixtisaslar üzrə ali təhsil (kompüter elmləri, informasiya texnologiyaları və mexanika-riyaziyyat üzrə təhsil alanlara üstünlük verilir);

İş stajı: tələb yoxdur;

Kompüter bilikləri: "MS Windows", "MS Office" proqramları, "Internet" və "Outlook" ilə işləmək bacarığı;

Xarici dil bilikləri: İngilis dili – A2, Rus dili – arzuolunandır”;

Xüsusi tələb: Proqramlaşdırma biliklərinə malik olması arzuolunandır

 

Müraciət qaydası:

Vakansiya üzrə müraciət etmək istəyən şəxslər “Kadrlar uçotunun şəxsi vərəqəsini” dolduraraq mövzu bölməsində “Məlumat bazalarının yaradılması şöbəsi – baş mütəxəssis” qeyd etməklə 30 dekabr 2025-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.