2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına elektron qəbulu prosesi davam edir.
Bu günə qədər artıq 104 mindən çox uşağın məktəbəhazırlıq qrupuna qəbulu prosesi tamamlanıb.
Nəzərinizə çatdırırıq ki, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti üzrə:
– Alternativ qeydiyyat mərkəzlərinə
– Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə
– ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2021-ci il təvəllüdlü) qəbul edilirlər.
Məktəbhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil mühitinə uyğunlaşdırmaqdan ibarətdir.