Xəzər Media Mərkəzində SMM və kontent üzrə mütəxəssis vakansiyası açıqdır.
Əsas vəzifə öhdəlikləri:
• Sosial media platformaları üçün kreativ və auditoriya yönümlü kontent ideyalarının hazırlanması;
• Foto və video çəkilişlərinin həyata keçirilməsi və sosial media formatlarına uyğun kontentin hazırlanması;
• Reels, Stories və digər qısa formatlı videoların çəkilişi və montajı;
• Kontent planının hazırlanması və icrasının təmin edilməsi;
• Sosial media trendlərinin izlənilməsi və uyğun trendlərin kontentə adaptasiya edilməsi;
• Hazırlanan kontentin brend üslubuna və kommunikasiya strategiyasına uyğunluğunun təmin edilməsi;
• Sosial media hesablarının aktual və keyfiyyətli kontentlə təmin olunması.
Tələblər:
• SMM, kontent yaradıcılığı, rəqəmsal marketinq və ya müvafiq sahədə iş təcrübəsi;
• Foto və video çəkilişi üzrə praktiki bacarıqlar;
• Reels, Stories və digər qısa video formatları ilə işləmə bacarığı;
• CapCut və Canva proqramlarında işləmə bacarığı;
• Sosial media trendləri və viral kontent mexanizmləri barədə məlumatlılıq;
• Azərbaycan dilində sərbəst və düzgün yazılı və şifahi nitq;
• Kreativ düşüncə, operativlik və komanda ilə işləmə bacarığı.
Üstünlükdür:
• Media və televiziya sahəsində təcrübə;
• Peşəkar foto və video çəkilişi üzrə əlavə bacarıqlar;
• Video montaj proqramları üzrə əlavə biliklər;
• Sosial media analitikası və KPI-lar üzrə məlumatlılıq;
• Xarici dil bilikləri.
İş yeri: Bakı
İş qrafiki: Tam iş günü
Portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi arzuolunandır və seçim prosesində nəzərə alınacaq.
CV-nizi və portfolio və ya əvvəlki iş nümunələrinizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz.