Karyerasını dövlət sektorunda inkişaf etdirmək, Maliyyə və mühasibat uçotu sahəsində peşəkar bilik və bacarıqlarını daha da təkmilləşdirmək istəyən, yüksək daxili motivasiyaya malik, proaktiv və inkişafyönümlü namizədləri Elm və Təhsil Nazirliyinin tabeliyində olan qurumlardan birində Maliyyə üzrə mütəxəssis vəzifəsinə müraciət etməyə dəvət edirik. 

   

 Vəzifə öhdəlikləri:

·        Büdcə təşkilatları üzrə maliyyə və mühasibat hesabatlarının qəbul edilməsi, yoxlanılması və ümumiləşdirilməsi;

·        İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (IPSAS) uyğun olaraq illik maliyyə hesabatlarının qəbul edilməsi, yoxlanılması və ümumiləşdirilməsi.

·       “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun qaydaları”na uyğun olaraq icmallaşdırılmış illik hesabatların aidiyyəti orqanlara təqdim edilməsi;

·        Qurumun tabeliyində olan müvafiq publik hüquqi şəxslər tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış hesabatların yoxlanılması və “Rəqəmsal Dövlət Maliyyəsi” informasiya sisteminin “Dövlət Müəssisələrinin Rəqəmsal Monitorinqi” altsisteminə daxil edilməsinə nəzarətin həyata keçirilməsi;

·        Maliyyə şöbəsinə daxil olan sənədlərin icrasının təmin edilməsi;

·        Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi. 

 

 Tələblər:

·        Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;

·        Aidiyyəti sahə üzrə 1 ildən 3 ilədək iş təcrübəsi; 

·        Büdcə və maliyyə hesabatlılığı sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi üzrə biliklər; 

·        İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları (IPSAS) və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS/IFRS) barədə məlumatlılıq;

·       Microsoft Excel proqramında sərbəst işləmək və Maliyyə hesabatlarının təhlili, ümumiləşdirilməsi üzrə bacarıqlar;

·       Analitik düşünmə, detallara diqqət və yüksək məsuliyyətlilik;

·        Güclü yazılı və şifahi kommunikasiya bacarığı; 

·        Komanda ilə işləmək və yüksək təşkilatçılıq qabiliyyəti. 

 

 Üstünlük veriləcək:

·        Dövlət sektorunda və ya büdcə təşkilatlarında iş təcrübəsinin olması; 

·        ESD və 1C proqramlarında iş təcrübəsinin olması; 

·        IPSAS və IFRS üzrə müvafiq sertifikatların olması.

 

 Son müraciət tarixi: 25.09.2026-cı il 

 İş qrafiki: 5 günlük (09:00–18:00)

 Müraciət: CV-lərinizi [email protected]   ünvanına göndərə bilərsiniz.

 

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifə üçün nəzərdə tutulub. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.