"RAM" Holdinq "Təhlükəsizlik Şöbəsinin Rəhbəri" pozisiyasını vakant elan edir!
Siz, yaxud tanışlarınız pozisiyada maraqlı olarsınızsa, buyurun, elanla tanış olaraq, qeyd edilən ünvana müraciət edə bilərsiniz.

Namizədə olan tələblər:

·           Mühafizə işinin təşkilində minimum 3-5 il iş təcrübəsi;
·           Hərbi xidmət keçmiş olmalı;
·           Yaş həddi: 30 – 45 yaş;
·           Regionlara səfər etməyə hazır olmalıdır.
 
Vəzifə öhdəlikləri:
 
·           Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazilərin, daşınar və daşınmaz əmlakının nəzarətini təşkil etməlidir;
·           Şirkət ərazisinə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin, çıxan və daxil olan mallar və onların sayı, sənədlə düzgünlüyünün yoxlanmasını təmin etməlidir ;
·           Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır;
·&

nbsp;          Şirkətdə hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır;
·           Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir;
·           İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
 
İş şərtlərimiz:
 
·           Əmək haqqı: Müsahibə nəticələrinə əsasən müəyyən ediləcək;
·           İş qrafiki : Tam iş günü (5 gün);
·           İş saatları: 08:30-17:30;
·           İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, Neptun marketlə üzbəüz.
 
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təhlükəsizlik Şöbəsinin Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.