İyunun 25-isaat 16:00-da Azərbaycan-Fransız UniversitetindəElektrik Mühəndisliyi Tələbələrinin Avropa Assosiasiyasının yerli bölməsi "EESTEC Baku”-nun (Eestec Observer Baku)bakalavriat və magistratura səviyyəsində təhsil tələbələr üçün məlumatlandırma sessiyası keçiriləcəkdir. 

Qeyd olunan ixtisaslarda təhsil alan yerli universitetlərin tələbələri iştirak üçün müraciət edə bilərlər:  elektrik və elektronika mühəndisliyi, energetika, elektroenergetika və istilik energetikası mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kompüter elmləri, kompüter mühəndisliyi və əlaqəli ixtisaslar. 

"EESTEC Baku”-ya üzv olmaq və məlumatlandırma sessiyasında iştirak etmək istəyən tələbələr 22 iyun tarixinə qədər  aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 https://forms.gle/c2QBjmxUpPWKau1VA

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.