AVRORA MMC “Proqram dəstək üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·       Mövcud proqram təminatlarında sorğular üzrə tələblərin icrası və mövcud proseslərin optimallaşdırılması;
·       İstifadəçi istəklərinə uyğun hesabat formalarının hazırlanması, testi və təhvili;
·       Biznes tələblərini təhlil və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
·       Proqram dəstək şöbəsinə gələn istəklərin ilkin analizi və layihə planının hazırlanması, layihələrin izlənməsi, layihələrin gedişatı haqqında rəhbərliyə hesabatların verilməsi;
·       Gələn sorğuların vaxtında icrası və SLA tələblərinin gözlənilməsi.

Tələb olunan bilik və bacarıqlar :

·       Şirkətdə istifadə edilən proqram və əlavə yazılımların ən üst səviyyədə istifadə biliklərinə sahib olmalı;
·       LOGO Tiger ERP, T-SQL, Excell-i programları bilməli;
·       Komandada işləmək bacarığı;
·&n

bsp;      Sürətli öyrənmə və araşdırma bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

·       Təhsil: Ali ;
·       İş təcrübəsi: min. 2 il ( Distribusiya sahəsi üzrə);
·       Dil biliyi: İngilis dili ( texniki seviyyədə).

İş şərtlərimiz :

·       İş qrafiki : 5 günlük;
·       İş saatları: 09:00-18:00;
·       İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C.

Biz nə təklif edirik :

•    Əmək bazarında rəqabətli əməkhaqqı;
•    İşçilərə qayğı proqramı;
•    Peşəkar komanda mühiti;
•    Şirkət hesabına korporativ nömrə;
•    Nahar;
•    Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram dəstək üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.