Frontend developer vakansiyası

 

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. 

Hal-hazırda aktiv olan vakansiya: Frontend developer

Vəzifəyə olan tələblər:

•      Ali təhsil kompyüter elmləri, kompyüter mühəndisliyi, informatika və ya oxşar sahədə olmalıdır;
•      Frontend development sahəsində minimum 2 il iş təcrübəsi;
•      JavaScript və TypeScript üzrə güclü biliklər;
•      React və React Hooks üzrə praktiki təcrübə;
•      REST API ilə işləmə təcrübəsi; 
•      HTML5 və CSS3 üzrə dərin biliklər;
•      Responsiv və adaptiv dizayn təcrübəsi;
•      Müasir "build" alətləri (Vite, Webpack) ilə işləmə təcrübəsi;
•      Analitik düşüncə və problemləri həll etmə qabiliyyəti;
•      Git ilə işləmə bacarığı;
•      Data structures və design patterns üzrə bilik;
•      Figma kimi alətlərlə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

•      Proqram təminatının inkişafı üçün dizayner, proqramçı, analitik, layihə rəhbərləri və diğər aidiyyəti şöbələr ilə işləmək;
•      Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatının təkmilləşdirilməsi;
•      Sahədəki ən son texnologiyalarla tanış olmaq, yenilikləri izləmək və tətbiq etmək;
•      Kod təhlilində iştirak etmək və komanda ilə bilik paylaşımına səy göstərmək;
•      Funksionallıqların test edilməsi;
•      Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək.

Namizədlərdən CV-lərini "Frontend developer" mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Reklam

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.