Full-Stack Developer vakansiyası

 

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. 

Hal-hazırda aktiv olan vakansiya: Full-Stack Developer.

Vəzifəyə olan tələblər:

·    Ali təhsil kompyüter elmləri, kompyüter mühəndisliyi, informatika və ya oxşar sahədə olmalıdır;
·    Minimum 3 il full-stack development sahəsi üzrə iş təcrübəsinin olması;
·    HTML5, CSS3, JavaScript və TypeScript biliklərin olması;
·    Əsas front-end framework-lər (React, Angular və ya Vue.js) ilə iş təcrübəsinin olması;
·    Java (Spring Boot ) və PHP dillərində iş təcrübəsinin olması; 
·    SQL (Oracle, MySQL, PostgreSQL) biliklərinin olması;
·    SOAP/RESTful və ya RPC API-lərin dizaynı və inteqrasiyası ilə təcrübə;
·    CI/CD proseslərinin qurulması və konteynerləşdirmə (Docker, Kubernetes) ilə təcrübə;
·    Git, GitHub, GitLab və ya Bitbucket kimi platformalarla işləmə bacarığı;
·    Mikroservis arxitekturası, monolit sistemlər və onların fərqləri ilə bağlı biliklərin olması;
·    MVC, Singleton, Factory və s. kimi dizayn nümunələri haqqında biliklərin olması;
·    Agile, Scrum və ya Kanban kimi layihə idarəetmə metodologiyaları ilə iş təcrübəsinin olması.

Vəzifə öhdəlikləri:

·    Cavabdeh olduğu və yaratdığı sistemlərin optimal fəaliyyətini, işlək vəziyyətdə saxlanmasını təmin edir;
·    İş fəaliyyətini daxili normativ sənədləri (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurub və həyata keçirir;
·    Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyətində yaranmış problemlərin aradan qaldırılması üçün operativ tədbirlər görür və onların yaranma səbəblərini vaxtında araşdırır;
·    Cavabdeh olduğu və yaratdığı sistemlərin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında rəhbərliyə vaxtında məlumat verir;
·    Qəbul etdiyi təsdiqlənmiş tələblərə görə cavabdeh olduğu sistemlərin və Şirkət tərəfindən xidmət göstərən avadanlıqların proqram təminatında lazım olan dəyişiklikləri və tənzimləmələri həyata keçirdir;
·    Cavabdeh olduğu və yaratdığı sistemlərin fəaliyyəti üçün istifadə olunan proqram təminatların lisenziyalarının və sertifikatlarının istifadə olunması müddətinə nəzarət edir və onların bitməsinə yaxın birbaşa rəhbərini məlumatlandırır;
·    Birbaşa rəhbərinin razılığı ilə mövcüd olan proseslərin optimallaşdırılması üçün lazım olan proqramları (skriptləri) yazır;
·    Həvalə olunmuş infrastrukturu müasirləşdirmə məqsədi ilə yeni avadanlıqların və proqram təminatın alınması üçün təkliflər verir.

Namizədlərdən CV-lərini "Full-Stack Developer" mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Reklam

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.