Daxili satınalma üzrə mütəxəssis vakansiyası

 

Vəzifə: Daxili satınalma üzrə mütəxəssis
Şirkət: “Puva İnşaat Tesisat Sanayi ve Ticaret Limited” şirketinin AR-dakı Filialı

Vəzifə öhdəlikləri:
·        Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
·        Yeni təchizatçıların tapılması və qiymət, keyfiyyət uyğunluğunun təmin edilməsi;
·        Tədarükçü şirkətlərlə danışıqların aparılması ;
·        Satınalma prosesinin prosedurlara uyğun həyata keçirilməsi;
·        Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
·        Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
·        Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması.
·        Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
·        Xidmət üzrə müqavilələrin bağlanmasına lazım olan materialları rəsmiləşdirmək, vacib təsərrüfat materiallarının, avadanlığın, inventarın, ehtiyat hissələrin alınmasını və saxlanmasını təşkil etmək.
·        Filial daxilində və sahələrdə işçilərin lazımi avadanlıqlarla təchiz etmək;


Namizədə tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Satınalma prosedurunu bilmək;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Daxili bazarı tanımaq;
- Neft-qaz və ya tikinti sektorunda təcrübə;
- Yalnız bəy namizədlər.

İş yeri: Bakı şəh., Təbriz küçəsi 79
İş qrafiki: I -V günlər
İş saatı: 09:00-dan 18:00-a 
Koorporativ nömrə ilə təmin olunur.

Əmək haqqı: Namizəddən asılı olaraq razılaşma yolu ilə.

Tələblərə cavab verən namizədlərdən mövzu başlığına “Daxili satınalma üzrə mütəxəssis” adını qeyd edərək [email protected] ünvanına CV-ni göndərməkləri xahiş olunur. 

Bir daha qeyd etmək istərdimki, təcrübəsi neft, qaz, tikinti sektorunda olması vacibdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.