Satış Meneceri vakansiyası



Sən də Azərbaycanın rəqəmsal iqtisadiyyatına yön verən bir komandanın üzvü olmaq istəyirsənsə, bu fürsət sənin üçündür! Bizə ambisiyalı hədəflərə çəkinmədən çatan bir satış qəhrəmanı lazımdır.

Vəzifələr:

- Müştərilərə innovativ maliyyə həlləri təqdim edərək, onların təcrübələrini dəyişmək və uzunmüddətli münasibətlər qurmaq.
- Yeni müştərilərin tapılması və əlaqələrin qurulması
- Təqdimatlar və danışıqların aparılması
- Müştəri ehtiyaclarının təhlili və uyğun həllərin təklif edilməsi
- Satış strategiyalarının hazırlanmasında i

ştirak
- Analitik hesabatların hazırlanması və bazar trendlərinin izlənməsi

Tələblər:

- Satış sahəsində təcrübə (maliyyə sektorunda arzuolunandır)
- Güclü kommunikasiya və təqdimat bacarıqları
- CRM və analitik alətlərlə işləmək bacarığı
- Azərbaycanın maliyyə xidmətləri bazarı haqqında məlumatlı olmaq
- Nəticəyə fokuslanma və yüksək motivasiya

Təklif edirik:

- Dinamik komandandada iş imkanı
- Mərkəzdə rahat ofis, həftədə 5 gün, 09:00-18:00 iş qrafiki
- Maaş razılaşma əsasında

Bizə qoşulmaq istəyirsənsə, CV-ni [email protected] ünvanına göndər!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.