QEYDİYYAT BAŞLANDI!

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası 2023” layihəsinin qeydiyyatına start verilir!

Seçim mərhələsindən uğurla keçəcək iştirakçılar 5 həftə ərzində İƏT ölkələrinin Azərbaycandakı səfirləri və qonaq ekspertlərin keçirəcəyi mühazirələrdə iştirak edərək, müxtəlif mövzularda öz bilik və təcrübələrini artırmaq imkanı əldə edəcəklər.

Əgər siz:

• 18-30 yaş arası tələbəsinizsə;

• Beynəlxalq münasibətlər və diplomatiya sahəsi ilə maraqlanırsınızsa ;

• Xarici ölkələrdə keçirilən Beynəlxalq İƏT Modeli konfranslarında iştirak hüququ əldə etmək istəyirsinizsə;

• İngilis dilini yaxşı və ya əla səviyyədə bilirsinizsə;

Bu layihə öz bilik və bacarıqlarınızı artırmaq və diplomatiyanı daha yaxından bilmək üçün əla fürsətdir.

Əvəzedilməz təcrübəni yaşamaq üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçin:

https://forms.gle/nfUQEwUw2oM3Fy9d8

Qeydiyyat üçün son tarix: 12 mart, saat 23:59

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.