İşsiz və işaxtaran şəxslərin nəzərinə!
Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi ilə Biləsuvar rayonu Mərkəzi parkında Əmək Yarmarkası keçiriləcək.
Tədbirdə Neftçala, Salyan, Biləsuvar, Hacıqabul və Şirvan rayonları üzrə 18 müəssisə 800-ə yaxın vakansiya ilə iştirak edəcək.
Yarmarkaya qatılan namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərə
Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.
Əmək yarmarkasının keçiriləcəyi ünvan və tarix:
Biləsuvar rayonu, Heydər Əliyev küçəsi, 2D (Biləsuvar rayonu Mərkəzi parkı).
08 sentyabr, 2022
10:00 - 17:00
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.