Şəki Destinasiya Menecmenti Təşkilatı (Regional Turizm İnformasiya Mərkəzi) "Turizm məsləhətçisi" vəzifəsinə işçi qəbulu elan edir :

TƏLƏBLƏR:

* Ali təhsil diplomu

* İctimai iaşə və ya dövlət sektorunda iş təcrübəsi (mehmanxana, bələdçilik, tur şirkət, səyahət agenti, konqreslər, tədbirlər sahəsi, dövlət qurumları və s.); İş təcrübəsi olmadığı təqdirdə, turizm təhsili önəmli götürülür.

* Azərbaycan dili (səlis); ingilis dili (yüksək); Rus dili biliyi üstünlükdür.

XÜSUSİ tələb:

• Şəki -Zaqatala bölgəsini tanımaq, və yaxud burada iş təcrübəsi. Şəkidə və yaxın rayonlarda yaşayan şəxslərə üstünlük verilir.

• Məsuliyyətlilik və Office proqramlarını bilmək vacibdir.

• Müraciət etmək istəyən namizədlər rayonlara ezam olunmağı nəzərə almalı, özəl və dövlət qurumları ilə əlaqələr qurmaq bacarığı olmalı, yazı qabiliyyəti yüksək olmalıdır.

• İş həftədə 5 gündür. Uyğun namizədlər CV-lərini (şəxsi anket formasını) bu ünvana göndərə bilərlər: [email protected]

• Son müraciət tarixi: 20 sentyabr 2022.

• YALNIZ uyğun namizədlərlə əlaqə saxlanılacaq. Maaş müsahibə zamanı bildiriləcək.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.