“Aparıcı Mühasib” vakansiyası

 

İş Yeri: ATS Food

İş məkanı: Sumqayıt ş.

Müraciətin son günü: 30 aprel 2023-cü il

 

Tələblər:

Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, Mühasibatlıq və ya Maliyyə-kredit üzrə)

İş təcrübəsi: Mühasibatlıq üzrə 3 il iş təcrübəsi

Dil bilikləri: Azərbaycan (əla), Rus (orta), İngilis (orta)

Kompüter bilikləri:  MS Office proqramları üzrə biliklər (Excel yüksək səviyyədə), 1C, Uyumsoft

Digər: Mühasibatlıq üzrə sertifikatların olması əlavə üstünlükdür.

 

Vəzifədən gözləntilər: 

  1. Bütün növ vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
  2. Vergi məsələlərinə dair vergi orqanları ilə yazışmaların aparılması;
  3. E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların yerinə yetirilməsi;
  4. ƏDV, mənfəət, DSMF, Statistika, məşğulluq hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
  5. Vergi orqanlarına daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  6. Qanunvericilik və mühasibat uçotu qaydaları intizamına ciddi əməl edilməsinin təşkil olunması;
  7. Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  8. Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  9. Birbaşa rəhbərin tapşırdığı digər işlərin görülməsi.

 

 

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • Analitik Düşünmə, analiz etmə, diqqətcillik
  • Riyazi düşünmə qabiliyyəti
  • Proqnozlaşdırma və büdcələşdirmə
  • Böyük databaza ilə işləmək bacarığı
  • İləri dərəcədə Vergi Məcəlləsi biliyi
  • İFRS haqqında ümumi məlumat
  • Mühasibatlıq biliyi
  • İstehsalat Mühasibatlığı biliyi
  • ERP və əməliyyat sistemi bacarığı

 

 

İş Şərtləri

Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə

İş rejimi: 5 gün (həftəiçi)

Servis: səhər və axşam 20 Yanvar  və Sumqayıt bazarından təmin edilir

Nahar: Təmin edilir

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı " Aparıcı Mühasib " qeyd olunmaqla göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.