“Maliyyə Nəzarətçisi” vakansiyası

 

İş Yeri: ATS Food

İş məkanı: Sumqayıt ş.

Müraciətin son günü: 30 aprel 2023-cü il

 

 

Tələblər:

Təhsil səviyyəsi: Ali təhsil (Maliyyə, Mühasibatlıq, Audit üzrə)

İş təcrübəsi: Maliyyə Nəzarəti, Audit, Risklərin İdarə edilməsi, yaxud Hesabatlılıq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;

Dil bilikləri: Azərbaycan (əla), Rus (orta), İngilis (orta)

Kompüter bilikləri:  MS Office proqramları üzrə biliklər (Excel bilikləri yüksək səviyyədə), 1C, Uyumsoft

Digər: Maliyyə üzrə sertifikatların olması əlavə üstünlükdür.

 

 

Vəzifədən gözləntilər: 

  1. Maliyyə əməliyyatlarının vaxtında və düzgün əks etdirilməsinə nəzarət edilməsi;
  2. Maliyyə göstəriciləri barədə hesabatların analizinin aparılması;
  3. İllik yoxlama planına uyğun olaraq şirkətin səmərəliliyinin yoxlanılması;
  4. Proseslərin analizi, qiymətləndirilməsi və çatışmamazlıqların aşkar edilməsi;
  5. Maliyyə əməliyyatlarının uçotunun aparılmasına, müxabirləşmələrin müvafiq qaydada və vaxtında əks olunmasına, eyni zamanda sənədləşmə işlərinə nəzarət edilməsi;
  6. Təchizatçılarla və alıcılarla hesablaşmalara nəzarət edilməsi;
  7. Anbarlar üzrə hərəkətlərə nəzarət edilməsi;
  8. Birbaşa rəhbərin tapşırdığı digər işləri görülməsi.

 

 

Vəzifə üzrə səriştələr:

  • Məsuliyyətlilik və sahiblənmə
  • Keyfiyyətlilik və effektivlik
  • Müştəri xidməti yönümlülük
  • Riyazi düşünmə qabiliyyəti
  • Hesabatvermə
  • Böyük databaza ilə işləmək bacarığı
  • Mühasibatlıq biliyi
  • ERP və əməliyyat sistemi bacarığı

 

 

İş Şərtləri

Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə

İş rejimi: 5 gün (həftəiçi)

Servis: səhər və axşam 20 Yanvar  və Sumqayıt bazarından təmin edilir

Nahar: Təmin edilir

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsində vəzifənin adı "Maliyyə Nəzarətçisi" qeyd olunmaqla göndərə bilərlər.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.