“Bank Respublika” ASC Mobil əlavələrin inkişafı şöbəsinə aparıcı/baş IOS developer vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Yeni proqramların yaradılması.

 

Namizədə qarşı tələblər:

 

  • IOS proqramlaşdırma üzrə minimum 3 il iş təcrübəsi;
  • Swift üzrə dərin biliklərə sahib olmaq;
  • Kod ilə UIKit-də mürəkkəb interfeyslərin hazırlanmasında geniş təcrübəyə malik olmaq (SwiftUI bilmək üstünlükdür);
  • MVC, MVVM arxitekturaları ilə geniş praktiki təcrübə (digər arxitekturalar üzrə də təcrübəyə malik olmaq üstünlükdür);
  • Fərqli design pattern-lərdən istifadə üzrə praktiki təcrübə;
  • RxSwift və ya Combine üzrə iş təcrübəsi arzuolunandır;
  • Unit və UI testlərin yazılmasında təcrübə;
  • iOS-da multithreading ilə praktiki təcrübə, thread-lər ilə rahat işləmək bacarığı;
  • REST API və JSON struktur ilə iş təcrübəsi;
  • CI/CD ilə iş təcrübəsi (sıfırdan CI/CD pipeline qurulmasında təcrübənin olması üstünlükdür);
  • Cocoapods, SPM ilə sərbəst işləyə bilmək;
  • GİT ilə geniş təcrübə;
  • Apple Human interface guidelines haqqında məlumatlı olmaq;
  • OOP, SOLID prinsiplərini dərindən bilmək;
  • Tapşırığın vaxtında və düzgün həlli üçün analitik yanaşma bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 noyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində IOS developer qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.