“Bank Respublika” ASC PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi; 
  • PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
  • PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda yerli və beynəlxalq sanksiya siyahıları ilə uyğunluğunun araşdırılması, ödənişlərin icrasına dair rəylərin verilməsi;
  • PL/TMM proqram təminatında müştərilərin bank əməliyyatlarının monitorinq olunması, qeyri-adi, şübhəli müştəri əməliyyatlarının aşkar edilməsi, araşdırılması və təhlil hesabatlarının hazırlanması;
  • Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
  • PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi; 
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili PL/TMM haqqında qaydalarla uyğunluğunun araşdırılması və cavablandırılması.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil);
  • Bank sahəsində minimum 1-2 illik iş təcrübəsi;
  • PL/TMM sahəsində minimum 1-2 illik iş təcrübəsinin olması arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
  • Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;
  • Bank fəaliyyətini tənzimləyən Qanun və normativ qaydaların tələbləri üzrə biliklər;
  • PL/TMM sahəsi ilə əlaqəli yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Araşdırma və təhlil üçün lazım olan məlumatları toplamaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və novatorluq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 oktyabr 2023-cü il tarixinədək emailin mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.