“İdxal üzrə Kiçik Mütəxəssis ” vakansiyası 

 

“Tamstore” Marketlər şəbəkəsi olaraq “İdxal üzrə Kiçik Mütəxəssis ” vakansiyası elan edir. Pərakəndə satış sektorunda karyerasını qurmaq istəyən namizədlər üçün aşağıdakı tələblər mövcuddur:

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
·    Təhsil: Ali;
·       İş təcrübəsi: min. 1 il (müvafiq sahədə) ;
·       Dil bilikləri (Rus dili əla, İngilis dili orta səviyyədə üstünlükdür); 
·       MS Office proqramlarından istifadə bacarıqları (Powerpoint, Word və Excel yaxşı səviyyədə) ;
·      Logoda işləmə bacarığı üstünlükdür

Əsas vəzifə öhdəlikləri:
·       Xarici tədarükçülərlə danışıqların aparılması, müqavilələrin bağlanılması, sifarişlərin hazırlanması və tədarükçülərə göndərilməsini təmin etmək;
·       İdxal mallarının sistemə doğru tanıdılmasını təmin etmək;
·       Qiymət dəyişiminin icra edilməsini nəzarətdə saxlamaq;
·       Sifariş planlama, “stockout” hesabatını hazırlamaq;
·       Nümunələrin çatdırılmasına nəzarət etmək;
·       Ödəniş planını hazırlamaq və ödənişlərin icrasını təqib etmək;
·       Yükləmə planı barədə müvafiq struktur bölməyə məlumat vermək və yükləmələri nəzarətdə saxlamaq;
·       Xarici tədarükçülərə aid müvafiq sənədləşmələrin icrasını təmin etmək;
·       Məhsulların depoya qəbul olunması və mağazalara göndərilməsini təqib etmək.

Biz nə təklif edirik:
·       Əmək bazarında rəqabətli əməkhaqqı;
·       Peşəkar komanda mühiti;
·       Şirkət hesabına nahar;
·       Şirkət hesabına korporativ nömrə.

İş şərtlərimiz:
·       İş qrafiki: Tam iş günü (5 gün);
·       İş saatları: 09:00-18:00;
·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İdxal üzrə Kiçik Mütəxəssis ” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.