IT üzrə Project Management təcrübə proqramı

 

Ölkənin aparıcı IT şirkətlərindən olan Okmedia-da IT üzrə Project Management təcrübə proqramına müraciət qəbulu başladı. Proqramı bitirən namizədlər IT şirkəti tərəfindən sertifikatla təmin olunacaq və full-time işə qəbul şansı əldə edəcəklər.


 

 

Nələri təcrübə edəcəksən:

- Şirkətin rəqəmsal kanallardakı layihələrinin idarə olunması

- Layihənin inkişafı üçün rəqəmsal alətlərlə işləmə

- Sosial media hesabları üçün məzmunların yaradılmasında aktiv iştirak etmək

- IT layihələri üçün kopiraytinq

- Müraciət edən müştərilərə müvafiq məlumatların təqdim olunması

- IT məhsulların keyfiyyətinə nəzarət və daim monitorinq olunması

- IT tədbirlərin keçirilməsində aktiv iştirak

- Tərəfdaşlar dövlət qurumları və özəl şirkətlərlə kommuniyasiyanın aparılması

- Layihənin sənədləşmə proseslərinin idarə olunması

- Proqramçı, müəllim heyəti və digər əlaqəli departamentlərlə koordinasiya

 

 

Gözləntilərimiz:

- IT məhsullar marketinq yönümlü olduğu üçün rəqəmsal marketinqdən ilkin anlayışlar

- 3 ay boyunca proqramda full-time iştirak

- 3, 4-cü kurslar və ya məzunlar

 

 

Şərtlər:

- Ödəniş növü: ödənişsiz

- Ünvan: Koroğlu m. yaxınlığı

- Korporativ nömrə, telefon, macbook ilə təmin olunma

- Proqram saatları:  10:00-dan 18:00-dək (həftədə 6 gün)

- Proqram müddəti: 3 ay

- Proqramı bitirən şəxslərə IT şirkəti tərəfindən sertifikat

- Yekunda işə qəbul olma fürsəti

 

 

Müraciət:

Müraciət üçün CV faylınızı "IT PM intern" mövzusu ilə  “[email protected]” ünvanına göndərin. Niyə məhz sizi seçməli olduğumuza dair fikrinizi mətn hissəsində yazmağınız böyük üstünlük hesab olunacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.