AFB Bank-da Online satış üzrə təcrübə imkanı!
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Bank sahəsinə maraq (təcrübə olması üstünlükdür, lakin tələb olunmur);
MS Office proqramları üzrə baza bilikləri (xüsusilə MS Excel);
Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dili bilikləri üstünlükdür;
Analitik düşünmə və məsuliyyətlilik;
Ünsiyyət və komandada işləmək bacarığı;
Öyrənməyə açıq, təşəbbüskar və diqqətli olmaq.
İŞİN TƏSVİRİ:
Onlayn kanallar vasitəsilə daxil olan müraciətlərin ilkin yoxlanılması və qeydiyyatı;
Kredit məhsulları və şərtləri üzrə müraciətlərin kriteriyalara uyğun ilkin təhlilində dəstək göstərilməsi;
Onlayn kredit müraciətləri üzrə tələb olunan sənədlərin toplanmasında və sistemləşdirilməsində iştirak;
Təsdiq edilmiş kreditlər üzrə sənədləşmə prosesində komanda üzvlərinə dəstək;
Müştərilərin banka cəlb olunmasına yönəlmiş fəaliyyətlərdə iştirak;
Çarpaz satış imkanlarının araşdırılması və satış komandası ilə koordinasiyalı işləməkdə dəstək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Online satış üzrə təcrübəçi” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.