“The WeekEND III - Tələbə Klubları” düşərgəsi keçiriləcək
The WeekEND III - Tələbə Klubları!
Fevralın 27-dən martın 2-dək Quba Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə “The WeekEND III - Tələbə Klubları” düşərgəsi keçiriləcək.
Proqram çərçivəsində iştirakçılar üçün tematik təlimlər, panel müzakirələri, interaktiv sessiyalar və komanda quruculuğu fəaliyyətləri nəzərdə tutulur. Düşərgə tələbə klublarının fəaliyyətinin daha səmərəli təşkili, təşəbbüskarlığın artırılması və gənclərin ictimai fəallığının stimullaşdırılması məqsədi daşıyır.
Qeyd edək ki, düşərgədə il ərzində aktiv fəaliyyəti və uğurlu nəticələri ilə seçilən klub sədrləri və onların üzvləri iştirak hüququ qazanacaqlar.
İştirak: Ödənişsiz
Qeydiyyat üçün son tarix: 22 fevral 2026-cı il, saat 18:00
Qeydiyyat formu: https://forms.gle/Ky37cmWK9o6zUTcWA