AİLƏ KÖMƏKÇİSİ

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Ailə tipli qayğı layihəsinə AİLƏ KÖMƏKÇİSİ vəzifəsinə iş elanı verir:

Ailə Köməkçisi Tərbiyəçi – Ana ilə birlikdə onların himayəsinə verilmiş uşaqların qayğısına qalır, təsərrüfat işlərinin yerinə yetirilməsində Tərbiyəçi – Anaya köməklik edir.

 

Ailə Köməkçisi SOS Ailə evində işləyərək məzuniyyətdə və ya istirahətdə olan tərbiyəçi-ananı əvəz edir, əvvəlcədən tərtib edilmiş qrafik əsasında ailə evində tərbiyəçi – anaya dəstək göstərir və Uşaq Kəndi Proqram Koordinatorunun göstərişi ilə köməyə ehtiyacı olan ailələrə öz köməyini göstərir. Ailə Köməkçisi tərbiyəçi – ana ilə birlikdə komanda şəklində çalışaraq onların himayəsinə həvalə edilmiş uşaqlara ən yaxşı qayğı və tərbiyəni təmin edir. Ailə Köməkçisi ailənin bir üzvü kimi uşaqlara qarşı qayğıkeş və anlayışlı davranır. 

 

Bu vəzifəyə qəbul olunacaq namizəd uşaq və insan hüquqlarının qorunduğu bir təşkilatın üzvü olacağı üçün ondan məhkumluğun olub-olmamasına dair arayış və ötən iş yerlərindən xarakteristikalar (rəylər) tələb olunacadır. Uğurlu namizədin vəzifə üzrə bilik və bacarıqları ilə yanaşı müdafiəyə olan yanaşması da araşdırılacaq və qiymətləndiriləcəkdir.

 

PROFİLİNİZ:

   Yaş həddi: 30-50 arası

   Orta ixtisas təhsilli (pedaqogika sahəsində orta ixtisas təhsilli namizədlərə üstünlük verilir)

   Dayə, tərbiyəçi köməkçisi, tibb bacısı, müəllim vəzifələrində iş təcrübəsi və ya uşaq tərbiyə etmək bacarıqları (ən azı 2 il)

   Əlavə peşəyönümü təhsil (təlim, seminarlar)

   Məsləhət vermək və ünsiyyət qurmaq bacarığı

   Sosial və təşkilati bacarıqlar

   Komandada işləmək istəyi və bacarığı

   Konflikt və stressin idarə olunması bacarığı

   Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq

   İlkin tibbi yardım göstərmək bacarığı

   Ev işləri və yemək hazırlamaq bacarıqları

   Tərbiyəçi ananı əvəz etmək üçün SOS Uşaq Kəndi daxilində yaşamaq imkanları

   Azərbaycan dili biliyi

 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

   Tərbiyəçi Anaya ev işlərində (təmizlik, bazarlıq, yemək hazırlamaq və s.) köməklik etmək

   Ailə evində sanitar gigiyenik-qaydalara riayət etmək

   Uşaqların tərbiyə olunmasında Tərbiyəçi Anaya dəstək

   Uşaqların təhsilinə dəstək

   Uşaqların asudə vaxtlarının təşkilində Tərbiyəçi Anaya dəstək

   Uşaqların bioloji ailələrlə əlaqələrin dəstəklənməsi

   Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl etmək

 

İŞ ŞƏRTLƏRİ:

   Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı);

   400.00 AZN (vergilər daxil) əmək haqqı;

   Beş günlük iş həftəsi;

   2 gün (şənbə-bazar) istirahət (tərbiyəçi ananı əvəz edən günlərdə şənbə və bazar günlərinə də təsadüf edə bilər);

   Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

 

Uşaq Müdafiəsi:

   Uşaq Müdafiə Siyasətinə riayət etmək

   Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə

   Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək

   Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək

 

TƏKLİFİMİZ:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) “Bakı SOS Uşaq Kəndi/ailə köməkçisi” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.