"VƏLİEV" MMC şirkətinə "İT Mütəxəssis" axtarılır.
Vəzifə öhdəlikləri:
1. İstifadəçilərin texniki dəstəyi, yaranmış hardware və software problemlərinin diaqnostikası və aradan qaldırılması;
2. Ofis avadanlığının quraşdırılması və konfiqurasiyası və bununla əlaqəli problemlərin aradan qaldırılması;
3. Əməliyyat sistemlərinin yazılması;
4. Şirkətə məxsus kompüter və printer avadanlıqlarının fəaliyyətini təmin etmək və avadanlıqlarda baş vermiş nasazlıqları yerində həll etmək;
5. Müxtəlif əməliyyat sisteminin yüklənməsi və sazlanması (Windows XP/Vista/7/8/8.1/10/11);
6. “Hardware” və “Software” sistemlərini quraşdırmaq;
7. E-poçtun quraşdırılması və konfiqurasiyası;
8. Switch, AP və Router şəbəkə avadanlıqlarının quraşdırılması və göstərişə uyğun olaraq təyin olunmuş məntəqəyə yerləşdirilməsi;
9. LAN, WAN, WiFi şəbəkələrinin işini dəstək səviyyəsində təmin etmək;
10. Kabelləri sonlandırmaq (rj45, patch-panel və data yuvasına);
11. Program təminatında texniki probemləri aradan qaldırmaq;
12. Biometrik sistemlərin qoşulmasını haqqında biliklər;
13. Şəbəkə printerlərinin quraşdırılması və idarə edilməsi.
Namizəd üçün tələblər:
1. Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi
2. Fundamental Windows Server ƏS bilikləri (Active Directory, File Server, GPO);
3. Fundamental şəbəkə bilikləri (DHCP, DNS, NAT, VPN);
4. İP kameraların iş prinsipi;
5. DVR və NVR sistemləri haqqında biliklər (HİKVİSİON);
6. Komanda şəklində işləmə bacarığı, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
7. Məxfilik qaydalarına riayət etmək.
İş şərtləri:
Əmək haqqı: razılaşma yolu ilə
İş yeri: Sumqayıt şəhəri
Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir.
İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)
Namizədlərdən CV-lərini mövzu yerində "İT mütəxəssis" yazmaqla [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.