Vəzifənin məqsədi:

 

Universitetdə institusional və proqram akkreditasiyası, daxili keyfiyyət təminatı, monitorinq və qiymətləndirmə proseslərinin həyata keçirilməsinə dəstək göstərmək, məlumatların toplanması və təhlili, sorğuların təşkili və hesabatların hazırlanması vasitəsilə təhsil xidmətlərinin keyfiyyətinin davamlı yaxşılaşdırılmasına töhfə vermək.

 

 

Əsas vəzifə öhdəlikləri:

İnstitusional və proqram akkreditasiyası prosesləri üzrə hazırlıq və təşkilati işlərdə iştirak etmək;

Özünütəhlil hesabatlarının hazırlanması üçün struktur bölmələrdən məlumatları və təsdiqedici sənədləri toplamaq, sistemləşdirmək;

Tədris prosesinin və struktur bölmələrinin fəaliyyətinin keyfiyyət monitorinqinin aparılmasında iştirak etmək;

Monitorinq və qiymətləndirmə üçün meyarların, sorğu formalarının, yoxlama siyahılarının və hesabat şablonlarının hazırlanmasına dəstək vermək;

Tələbələr, akademik və inzibati heyət, məzunlar və digər maraqlı tərəflər arasında sorğuların hazırlanmasını və keçirilməsini təşkil etmək;

Sorğu və monitorinq nəticələrini statistik təhlil etmək, vizuallaşdırmaq və analitik hesabatlar hazırlamaq;

Təhlil nəticələrinə əsasən keyfiyyətin yaxşılaşdırılması üzrə təkliflərin hazırlanmasında iştirak etmək;

Akkreditasiya və keyfiyyət təminatı mövzularında görüşlərin, məlumatlandırma sessiyalarının və digər tədbirlərin təşkilinə dəstək göstərmək;

Struktur bölmələrdən daxil olan məlumatların tamlığını və düzgünlüyünü yoxlamaq, zəruri hallarda dəqiqləşdirmələri əlaqələndirmək;

Şöbənin fəaliyyət istiqamətlərinə uyğun digər tapşırıqları yerinə yetirmək.

 

 

Namizədə dair əsas tələblər:

Təhsil və peşəkar biliklər

Ali təhsil (magistr dərəcəsi);

Təhsildə keyfiyyət təminatı, akkreditasiya və ya təhsilin idarə olunması sahəsində bilik və ya müvafiq təcrübə;

Təhsil sahəsini tənzimləyən normativ-hüquqi sənədlər və akkreditasiya meyarları haqqında məlumatlılıq;

Təhsildə keyfiyyət təminatının əsas prinsipləri və ESG (European Standards and Guidelines) barədə biliklər.

 

Texniki və analitik bacarıqlar

MS Office proqramlarından, xüsusilə Excel, Word və PowerPoint-dən sərbəst istifadə;

Məlumatların toplanması, sistemləşdirilməsi və statistik təhlili;

Analitik hesabatların, cədvəllərin və təqdimatların hazırlanması;

Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.

 

Üstünlük verilən kvalifikasiyalar:

Magistratura təhsili;

Ali təhsil müəssisəsində keyfiyyət təminatı və ya akkreditasiya proseslərində iş təcrübəsi;

Təhsilin idarə olunması və planlaşdırılması istiqamətində ixtisaslaşma;

SPSS, R və ya digər statistik təhlil proqramlarından istifadə bacarığı;

İngilis dili biliyi (B1–B2 səviyyəsi);

ESG standartlarının praktik tətbiqi üzrə təcrübə.

 

Əsas fərdi kompetensiyalar:

Analitik və sistemli düşünmə;

Dəqiqlik və detallara diqqət;

Məsuliyyətlilik və nəticəyönümlülük;

Komandada işləmək və effektiv kommunikasiya qurmaq;

Təşkilatçılıq və vaxtın idarə edilməsi;

Müxtəlif maraqlı tərəflərlə peşəkar əməkdaşlıq.

 

Müraciət qaydası:

Maraqlanan namizədlər CV və motivasiya məktubunu [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

 

Məktubun mövzusu: Akkreditasiya və keyfiyyət təminatı şöbəsi – Mütəxəssis

 

Son müraciət tarixi: 25.11.2026

 

Qeyd: Namizədlərin müraciətləri vəzifə üzrə müəyyən edilmiş kvalifikasiya tələblərinə və peşəkar kompetensiyalara uyğun olaraq qiymətləndiriləcəkdir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.