VAKANSİYA

İnsan Resursları üzrə mütəxəssis

 

Əsas vəzifə öhdəlikləri:

•        Kollecin əməkdaşları üzrə kadr uçotunun aparılması və müvafiq sənədləşmənin təmin edilməsi;

•        İşə qəbul, vəzifə dəyişikliyi, əmək müqaviləsinə xitam və digər əmək münasibətləri ilə bağlı sənədlərin hazırlanması;

•        Əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı üzrə ƏMAS sistemində müvafiq əməliyyatların həyata keçirilməsi;

•        İşçilərin şəxsi işlərinin formalaşdırılması, aparılması və mühafizəsinin təmin edilməsi;

•        Əmək məzuniyyətlərinin rəsmiləşdirilməsi və məzuniyyət qrafikinin hazırlanması;

•        İş vaxtının uçotunun aparılması və davamiyyətə nəzarət;

•        Əmrlərin, arayışların, xidməti məktubların və digər kadr sənədlərinin hazırlanması;

•        Ştat cədvəlinin və əməkdaşlarla bağlı məlumat bazasının aparılmasında iştirak;

•        Əmək qanunvericiliyinə uyğun olaraq kadr sənədləşməsinin təşkili;

•        İnsan resursları üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

•        Şöbənin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqların yerinə yetirilməsi.

Namizədə dair tələblər:

•        Ali təhsil (İnsan resurslarının idarə edilməsi, hüquq, iqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə);

•        İnsan resursları və ya kadr inzibatçılığı sahəsində minimum 2 il iş təcrübəsi;

•        Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktları bilmək;

•        ƏMAS elektron informasiya sistemində işləmək bacarığı;

•        MS Office proqramları, xüsusilə Word və Excel üzrə biliklər;

•        Rəsmi yazışma və sənədləşmə qaydalarına bələd olmaq;

•        Analitik düşünmə, operativlik və təşkilatçılıq qabiliyyəti;

•        Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;

•        Məsuliyyətli, diqqətli və məxfi məlumatlarla işləmək bacarığı.

İş şəraiti:

•        İş yeri: ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci;

•        İş rejimi: 5 günlük iş həftəsi;

•        Əməkhaqqı: Müsahibə zamanı və müəyyən edilmiş ştat şərtlərinə uyğun olaraq;

•        Əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir.

Müraciət qaydası:

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.