“Aktiv Gənclər, Güclü İcma” – Balakən Gənclərinin İştirakçılığı və İctimai Fəallığının Artırılması Proqramı layihəsinə start verilir!

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının tərəfdaşlığı ilə “Aktiv Gənclər, Güclü İcma” – Balakən Gənclərinin İştirakçılığı və İctimai Fəallığının Artırılması Proqramı layihəsi həyata keçiriləcək. 

 

Layihənin əsas məqsədi Balakən rayonunda yaşayan gənclərin ictimai fəallığının artırılması, sosial məsuliyyət hissinin gücləndirilməsi, onların liderlik, ünsiyyət və komanda ilə işləmək bacarıqlarının inkişaf etdirilməsi, eləcə də yerli icmaların sosial həyatında fəal iştirakının təşviq edilməsidir. 

 

Layihə çərçivəsində siz:

• Gənclərin ictimai həyatda rolu və fəal vətəndaş iştirakçılığı;

• Liderlik bacarıqları və şəxsi inkişaf;

• Effektiv ünsiyyət, komanda işi və əməkdaşlıq;

• Sosial təşəbbüslərin formalaşdırılması və layihə ideyalarının hazırlanması;

• Könüllülük fəaliyyəti və icma inkişafında gənclərin rolu;

• Problemlərin müəyyənləşdirilməsi, yaradıcı düşüncə və həll yollarının hazırlanması mövzularında təlimlərdə iştirak edəcəksiniz.

 

Kimlər müraciət edə bilər?

16–29 yaş arası gənclər;

⁠Balakən rayonunda yaşayan gənclər;

İctimai fəaliyyətə, könüllülüyə və sosial təşəbbüslərə marağı olanlar;

Liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək istəyənlər.

 

 Qeydiyyat linki

 

 Son qeydiyyat tarixi: 04.11.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.